Sosial şəbəkədə biz:

9-cu sinif şagirdi intihar etdi - Sabirabadda

04 December 2015, 13:39
Gündəm
Sabirabad rayonunda intihar hadisəsi baş verib. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ahısxa kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Məlumata görə, R.Əlicanova 9-cu sinif şagirdi imiş. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.