Sosial şəbəkədə biz:

Bakıda polis bölməsinin qarşısında qəfil ölüm...

04 December 2015, 13:45
Gündəm
Bakının mərkəzində ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti 75 ünvanında, 22-ci Polis Bölməsinin qarşısında qeydə alınıb. Şəxsiyyəti hələ müəyyən edilməmiş orta yaşlı kişinin vəziyyəti qəfildən pisləşib. Hadisə yerində təcilli yardım gələnədək o dünyasını dəyişib. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.