Sosial şəbəkədə biz:

Türklər üçün Rusiyaya viza haqqı 60 avro olacaq

04 December 2015, 21:00
Gündəm
Türkiyə vətəndaşları üçün Rusiyaya viza haqqı 60 avrodan ucuz olmayacaq.  Musavat.com-un məlumatına görə, bu barədə “Russkaya slujba novostey” rəsmi mənbəyə istinadən xəbər yayıb. “Fikrimizcə, bu 60 avrodan aşağı məbləğ olmayacaq” - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, kommersiya viza mərkəzlərində qiymət 30-35 avro yuxarı ola bilər. O da bildirilir ki, viza ilə bağlı Türkiyənin Rusiya vətəndaşları üçün cavab tədbirləri hələlik tətbiq olunmur. Lakin son məlumatlara görə, Ankaranın da analoji addıma gedəcəyi gözlənilir.