Sosial şəbəkədə biz:

Nardaranda ölənlər dəfn edilib

04 December 2015, 22:51
Gündəm
Noyabrın 26-da Nardaran qəsəbəsində polislə qarşıdurmada ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib. Bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib. Onun bildirdiyinə görə, bu gün günörta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib: "Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik". Xatırladaq ki, hadisə nəticəsində Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.