Sosial şəbəkədə biz:

Daha bir meyxana qalmaqallı - VİDEO

05 December 2015, 11:36
Gündəm
Daha bir meyxana məclisində söz ustadları tanınmışların bostanına daş atıblar.
Ölkə.az xəbər verir ki, Sumqayıt toyunda meyxanaçılarla bədiyyəçilər üz-üzə gəliblər.
"Min cürə sirri-müəmma sözün altında yatır" qafiyəsiylə başlayan söz atışmasında Gülağa və Vüqar Biləcərili bir sıra məşhurlar haqqında xoşagəlməz ifadələr işlədirlər. Təqdim etdiyimiz görüntünün dördüncü dəqiqəsində teleaparıcılar Ülvira Qarayeva və Elgiz Əkbərin, yeddinci dəqiqədə isə meyxanaçı Samirəylə əməkdar artist Çingiz Əhmədovun intim münasibətlərinin olmağına eyham vurulur.