Sosial şəbəkədə biz:

3 evi yaran corab oğruları... - VİDEO

<strong><span style="color: #000000;">3 evi yaran corab oğruları... -</span> <span style="color: #ff0000;">VİDEO</span></strong>

Qaxda oğurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Səbuhi Məmmədov, Şuşa şəhərindən məcburi köçkün 19 yaşlı Şəhriyar Məmmədli və 29 yaşlı Elnur Aşurov bir neçə vətəndaşın evinə giriblər. Onlar Rasim İsrafilovun evindən televizor, DVD video, xalça, qaz balonu, ütü, tozsoran, ventilyator, qab-qacaq, geyim əşyaları və digər məişət əşyalarını oğurlayıblar. Bundan başqa, onlar Hacıəhməd Cəbrayılovun evindən isə 130 manat pul, 330 gürcü larisi, 1000 rus rublu, ayaqqabı, corab, Ramiz Mirzəyevə məxsus maşından 150 manat pul aparıblar. Saxlanılan şəxslər barəsində cinayət işi başlanıb. Onlar barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (Region TV)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol