Sosial şəbəkədə biz:

Türkiyə Rusiyanın 4 gəmisini saxladı

05 December 2015, 15:25
Gündəm
Türkiyənin Samsun limanında Rusiyanın 4 yük gəmisi saxlanıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" internet qəzeti məlumat yayıb. Türkiyə KİV-ləri hadisənin təfərrüatları barədə ətraflı məlumat vermir. Lakin gəmilərin saxlanmasının Türkiyə-Rusiya münasibətlərinin son günlər gərginləşməkdə davam etməsi ilə bağlı olduğu istisna deyil. Qeyd edək ki, Rusiyanın Su-24 bombardmançısının Türkiyənin hava məkanında türk F-16-ları tərəfindən vurulmasından sonra iki ölkə arasında faktiki olaraq əsəb müharibəsi gedir. Bu gərginlik qarşılıqlı sanksiya və təhdid dolu bəyanatlarla müşayiət olunur.