Sosial şəbəkədə biz:

Türkiyə ilə Rusiya dənizdə də toqquşur - 4 rus gəmisi həbs edildi

05 December 2015, 18:26
Gündəm
Təyyarə insidentindən sonra Rusiya ilə Türkiyə arasında başlayan böhran dənizçilik sektoruna da sıçrayıb. Türkiyə mətbuatı xəbər verir ki, Rusiyanın yük daşıyan 4 gəmisinə Samsun limanında həbs qoyulub. Böyük ehtimalla Ankara bu addımı Türkiyənin 5 gəmisinin Rusiyada saxlanılmasına cavab olaraq atıb. Məlumatlara görə, nəzarətə götürülən rus gəmilərinin sayı 6 olub. Onlardan ikisi sənəd yoxlanışından sonra sərbəst buraxılıb. Qalan 4-nün həbsdən sonrakı aqibəti qeyri-müəyyən qalır(Strateq.az).