Sosial şəbəkədə biz:

Yüzlərlə adam Zığ limanına toplaşaraq neftçiləri gözləyir

<strong><span style="color: #000000;">Yüzlərlə adam Zığ limanına toplaşaraq neftçiləri gözləyir</span></strong> “Günəşli” neft platformasının qəza baş vermiş 10-cu özülündə iş növbəsində olan neftçilərin yaxınları bu dəqiqələrdə Zığ limanında toplaşaraq xilas edilmiş şəxslərin gətirilməsini gözləyir. Onlara verilən məlumata görə, gəmi bu limana yan alacaq. Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, limanın giriş qapısı qarşısında yüzlərlə adam toplaşıb, lakin onlar içəri buraxılmır. Ərazi ciddi polis nəzarəti altındadır. Neft Şirkətinin mühafizəçiləri də limana girişi qoruyur. Limanın qarşısına toplaşanlardan biri virtualaz.org saytının müxbirinə deyib ki, limanın həyətində bir neçə təcili tibbi yardım maşını və həkim briqadaları hazır vəziyyətdə gözləyir.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol