Sosial şəbəkədə biz:

Fәlakәtdәn xilas edilmiş dәnizçilәrdәn son xәbәr - fotolar

<strong><span style="color: #000000;">Fәlakәtdәn xilas edilmiş dәnizçilәrdәn son xәbәr<span style="color: #ff0000;"> - fotolar</span></span></strong>

Xəbər verdiyimiz kimi "Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. 
Musavat.com-un xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, qəbul edilən 31 xəstədən 22-sinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Həkim Adil İsayevin verdiyi məlumata görə, hazırda xəstəxanada 7 xəstə yatıb. Onların vəziyyəti stabildir.
Fəlakətzədələrdən birində isə yanıq xəsarətləri olduğundan 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Onun da vəziyyətinin stabil olduğu bildirilir.
Həkim bundan başqa bildirdi ki, bu gün səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarında olub.

Adil İsayev

 
 
 
 
 
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol