Sosial şəbəkədə biz:

FHN xilasetmə görüntülərini yaydı - Video

<strong><span style="color: #000000;">FHN xilasetmə görüntülərini yaydı <span style="color: #ff0000;">- Video</span></span></strong> Hal-hazırda Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilir. "Qafqazinfo”nun konfransda olan əməkdaşının məlumatına görə, fövqəladə hallar nazirinin birinci müavini Etibar Mirzəyev deyib ki, dekabrın 4-ü və 5-də xilasetmə istiqamətində əməliyyatlar aparılıb: "Həmin platforma sahildən 110 km uzaqda yerləşir. Dekabrın 4-də bizim "Vixr" gəmimizim özülə yaxınlaşması mümkün olmadı. Küləyin surəti 144 km/saat idi. Biz qərara gəldik ki, xilasetməni səhər davam etdirəcək. Amma dekabrın 5-də yanğının istiliyi və külək veryolyotların həmi platformaya düşməsinə imkan vermədi. Buna görə helilopterlər qonşu platformalara düşdülər. Gəmi ilə həmin platformaya yaxınlaşıb altdan deşdik. Sonra həmin qayıqdakı şəxsləri xilas etdik. Onların sonrakı talelərini də özünüz bilirsiniz. Biz xilasetmə zamanı qeydə alınan videogörüntüləri də sizə göstərəcəyik”. *** Mətbuat konfransında xilasetmə görüntüləri yayımlanıb. Videonun keyfiyyətinin aşağı olması onun birbaşa proyektdən çəkilməsi ilə bağlıdır. Daha keyfiyyətli videonun mətbuata ötürüləcəyi gözlənilir.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol