Sosial şəbəkədə biz:

İtkin neftçilərin qohumları SOCAR-ın qarşısına toplaşır

06 December 2015, 15:43
Gündəm
Öldü-qaldısından hələ də heç bir xəbər olmayan (hələ rəsmi informasiya yoxdur-red.) 30 neftçinin yaxınları bu dəqiqələrdə SOCAR-ın mərkəzi ofisinin qarşısına toplaşırlar. Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, neftçilərin yaxınları onların taleyindən dəqiq xəbər öyrənmək məqsilə baş ofisin qarşısına yığışır. Səhiyyə Nazirliyi isə SOCAR-ın qarşısına həmin insanlara yardım üçün psixoloq briqadası göndərib. Əlavə məlumat veriləcək.