Sosial şəbəkədə biz:

Marqvelaşvili Azərbaycan prezidentinə zəng edərək başsağlığı verib

06 December 2015, 16:02
Gündəm
Dekabrın 6-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. APA-nın məlumatına görə, Gürcüstan prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib. Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər haəlk olub, 29 nəfər itkin düşüb.