Sosial şəbəkədə biz:

Yanğından xilas olmuş xanım: "Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər" - VİDEO

<strong><span style="color: #000000;">Yanğından xilas olmuş xanım:</span> <span style="color: #ff0000;">"Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər" - VİDEO</span></strong>

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xilas olanlardan biri xanımdır.
Trend hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Məlahət Əliyevanın hadisə ilə bağlı xatırladıqlarının təqdim edir: "İşimi bitirib dincəlmək üçün otağa getmişdim. Birdən güclü partlayış səsi gəldi. Dəqiqləşdirmək üçün çölə cıxdım. Platformada təhlükəsizlik güclü təşkil olunmuşdu. Dərhal xilasedici jileti geydim, birinci bloka getdim. Qapını açmağa çalışdım. Elə bu vaxt birinci bloku tüstü bürüdü. Daha sonra qapını yoldaşlarla köməkli açdıq.
Hamımız platformadakı qayığa tərəf getdik. 26 nəfər qayığa mindik. Qayıqda 17-18 saatdan artıq qaldıq. Qayıqda olarkən heç kimlə əlaqə saxlaya bilmirdik, telefon şəbəkəsi tutmurdu. Səhər saatlarında Fövqəladə Halların əməkdaşları bizi xilas etdi. Amma dənizdə güclü külək olduğu üçün, həm də dalğalar hündür olduğundan xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər. Vəziyyət hökumətin nəzarətində idi. Bunun üçün, bizi xilas etdikləri üçün Prezidentə, hamıya minnətdaram".
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol