"Yalnız bir nəfərin meyiti çıxarılıb" - SOCAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.
SOCAR-dan APA-ya bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir. R. Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib. Qeyd edək ki, R. Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb. “Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib. Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.