Sosial şəbəkədə biz:

8 neftçinin müalicəsindən son xəbər

<strong><span style="color: #000000;">8 neftçinin müalicəsindən son xəbər</span></strong> Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında 8 neftçi müalicə alır. Bu barədə virtualaz.org saytının hazırda xəstəxanada olan müxbirinə tibb ocağının direktoru Leyla Seyidbəyli bildirib. Onun sözlərinə görə, “Günəşli” neft platformasında baş verən dəhşətli qəzadan xilas edilmiş neftçilər sınıq və travmalar diaqnozu ilə müalicə olunurlar, müayinə və müalicə prosesi normal gedir. L.Seyidbəylinin sözlərinə görə, xəstəxanada ümumilikdə 22 nəfərə tibbi yardım göstərilib. Vəziyyəti yaxşı olanlar evə buraxılıblar. Yanıq xəsarəti alan bir neftçi isə Respublika Yanıq Mərkəzinə köçürülüb. Mərkəzdən isə virtualaz.org saytına dedilər ki, xəstənin həyatına təhlükə yoxdur. Onu da deyək ki, rəsmi şəxslər bu gün boyunca müalicə olunan neftçilərə baş çəkməyə gəliblər. Onların arasında Milli Məclisin üzvləri, ombudsman Elmira Süleymanova, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, dövlət idarə və təşkilatlarının rəhbərləri, SOCAR-ın vitse-prezidentləri olub. Ziyarət bu saatlarda hələ də davam edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol