Sosial şəbəkədə biz:

SOCAR rəsmisi iddialara cavab verdi: "O qayıqlar heç vaxt aşa bilməz"

<strong><span style="color: #000000;">SOCAR rəsmisi iddialara cavab verdi:</span> <span style="color: #ff0000;">"O qayıqlar heç vaxt aşa bilməz"</span></strong> "İndi 10 saylı özülün rəisi ilə danışdım. O da xilas edilənlər arasındadır. Mənə bildirdi ki, işçilərin təxliyyəsi təxliyyə planına uyğun olaraq həyata keçirilib". Bunu "Günəşli" yatağının qəza baş verən 10 saylı özülündə təxliyyə zamanı təhlükəsizliyin təmin edilməməsi ilə bağlı iddialara münasibət bildirən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib. X.Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılan komissiya hadisə ilə bağlı bütün məsələləri araşdıracaq. O həmçinin sınan qayığın qalığının 50 km aralıda göründüyünü, lakin onu götürməyin mümkün olmadığını deyib: "Orada dörd qayıq olub. Hamısı Cənubi Koreya istehsalıdır. Hər qayıq 42 nəfər tutur və onların orda bir həftə qalması üçün hər cür şərait var. Bu qayıqlar heç vaxt aşa bilməz. Çünki onlar yumurta qaydası ilə hazırlanıb. Təəssüf ki, qayığı küləklər dəmir dirəklərə çırparaq sındırıb. Əgər qayıq sınmasaydı onlar onlar hamısı sağ qalardı". SOCAR rəsmisi deyib ki, hazırda yanğının söndürülməsi ilə FHN-in "Vixr" gəmiləri və Xəzər Dəniz Gəmiçilik İdarəsinin üzərinə xüsusi avadanlıqlar quraşdırılmış gəmiləri məşğul olur ("Report").


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol