Sosial şəbəkədə biz:

Cahangir Hacıyev nədə ittiham olunur? – Vəkil

<strong><span style="color: #ff0000;">Cahangir Hacıyev nədə ittiham olunur? –</span> <span style="color: #000000;">Vəkil</span></strong> Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamlar sırasında CM-nin 178-ci maddəsi yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında C.Hacıyevin vəkili Aqil Layıcov deyib. Onun sözlərinə görə, müvəkkili dələduzluq maddəsi ilə ittiham olunmur: “Ötən gün bəzi media qurumları Cahangir Hacıyevə qarşı CM-nin 178-ci maddəsi (dələduzluq) ilə ittiham irəli sürüldüyünü bildirib. Halbuki hüquqlarını müdafiə edəcəyim şəxsə qarşı Cinayət Məcəlləsinin 179-cu və 308-ci maddələri əsasında ittiham irəli sürülüb”. Qeyd edək ki, C.Hacıyev barəsində ötən gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol