Sosial şəbəkədə biz:

Binəqədi polisi məşhur müğənninin oğlunu həbs etdi -NARKOTİKƏ GÖRƏ

<span style="color: #000000;"><strong>Binəqədi polisi məşhur müğənninin oğlunu həbs etdi -NARKOTİKƏ GÖRƏ</strong></span>

7news.az-a daxil olan məlumata görə Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşları keçirdikləri xüsusi əməliyyat nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Həsən Sakit oğlunu saxlayıblar. O, qulduqluq cinayətində şübhəli bilinərək saxlanılıb və üzərində narkotik vasitə aşkar olunub. Onunla cinayətdə əlbir olan quldur dəstəsinin üzvlərindən biri Hümmətov İsa Rüstəm oğlu da saxlanılıb. Dəstənin digər üzvlərinin axtarışı istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, Məmmədov Həsən Sakit oğlu tanınmış müğənni Məmmədov Sakitin oğludur.
Qeyd edək ki, son dövrlər Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşlarının ayıqlığı və operativliyi sayəsində bir çox cinayətlərin qarşısı alınmış, cəmiyyət üçün təhlükəli şəxslər zərərsizləşdirilmişdir. Bu da öz növbəsində insanların dövlətimizin təhlükəsizliyinə olan inamını artırır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol