Sosial şəbəkədə biz:

Bakılılar dəniz kənarına qərənfil düzür - Foto

<span style="color: #000000;"><strong>Bakılılar dəniz kənarına qərənfil düzür - Foto</strong></span> Bu gün saat 12:00-da Günəşli yatağında yanğın nəticəsində  itkin düşən 29 neftçinin əziz xatirəsini anmaq üçün Bulvar ərazisində dənizə qərənfillər atılacaq.   Axar.az xəbər verir ki, bu barədə artıq sosial şəbəkələrdə “Hərəyə bir qərənfil ataq” adlı kampaniya başladılaraq çağırış edilib. Çağırışda deyilir:   “Ürəyi bizimlə olan hər kəs yanımızda ola bilər. Bulvar qərənfilini dənizə atıb, dünyasını dəyişən həmvətənlərimizi yad etmək üçün münasibdir.   Saat qülləsi başlanma nöqtəmizdir. Ancaq kimin marşurutu hansı istiqamətə yaxındırsa, elə oradan da qərənfilini ata bilər”.   ***   Günəşli yatağında yanğın nəticəsində  itkin düşən 29 neftçinin əziz xatirəsini anmaq üçün Bulvar ərazisində “Hərəyə bir qərənfil ataq” kampaniyası başlayıb.   Şəhər sakinləri sözü gedən əraziyə gələrək qəzada həlak olanların xatirəsini yad ediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol