Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov "Günəşli" yatağında yanan əraziyə gedib

<span style="color: #000000;"><strong>Kəmaləddin Heydərov "Günəşli" yatağında yanan əraziyə gedib</strong></span> Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Günəşli" neft yatağında yanğın baş verən 10-cu dərin dəniz özülünə gedib. APA-nın məlumatına görə, nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarışı tədbirləri ilə tanış olub. SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerində yaradılmış operativ qərargahdadır. Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol