Sosial şəbəkədə biz:

"Günəşli" itkinlərindən 6-sının cəsədi tapıldı - Adlar

07 December 2015, 16:14
Gündəm
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb. Bu barədə APA-ya "Azneft" İstehsalat Birliyindən məlumat verilib. Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir. Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.