Sosial şəbəkədə biz:

Naxçıvanda 523 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

<strong><span style="color: #ff0000;">Naxçıvanda 523 daşınmaz əmlak obyekti qeydiyyata alınıb</span></strong> Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi 523 daşınmaz əmlak obyektini qeydiyyata alıb. "Report"un məlumatına görə, noyabr ayında Naxçıvanda ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranan 68 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilib və ünvan xəritələrində qeydiyyatı aparılıb. Babək qəsəbəsinin yeni ünvan xəritəsinin layihəsi hazırlanıb. Komitənin və Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Kəngərli rayonunun dövlət ehtiyat fondu torpaqlarında 996 hektar, qış otlaq sahələrində isə 1030 hektar olmaqla, cəmi 2026 hektar əkinə yararlı torpaq sahəsində müvafiq ölçü işləri aparılıb və xəritələşdirilib. Həmçinin Şərur rayonunun dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələri kameral şəraitdə müəyyənləşdirilib, həmin sahələrin əkin dövriyyəsinə cəlb olunması məqsədilə çöl-tədqiqat işlərinin aparılmasına başlanılıb. Babək qəsəbəsinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılaraq komitənin məlumat bazasına daxil edilib. Babək rayonunun Sirab kəndində həyətyanı torpaq sahələrinin plana alınması yekunlaşdırılıb, rayonun Qahab kəndində həyətyanı torpaq sahələrinin planaalma işlərinə başlanılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol