Sosial şəbəkədə biz:

Salyan icra hakimiyyəti qalmaqalı fotoya görə məsuliyyəti jurnalistlərin üstünə atır - "Bunlar şantajdır"

<strong><span style="color: #000000;">Salyan icra hakimiyyəti qalmaqalı fotoya görə məsuliyyəti jurnalistlərin üstünə atır</span></strong> - <strong><span style="color: #ff0000;">"Bunlar şantajdır"</span></strong> Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu ilə bağlı açıqlama verilib. Rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov azvision.az-a bildirib ki, icra başçısının fotosu Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib. “Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır. İki il bundan öncə keçirilən tədbirdə çəkilən fotonu bəzi adamlar sosial şəbələrdə qəsdən paylaşıblar. Bütün bunlar şantaj və qarayaxma kampaniyasının tərkib hissəsidir”-deyə Rəşad Cəbrayılov qeyd edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol