Sosial şəbəkədə biz:

İki uşaq anası özünü asdı - 23 yaşı var...

08 December 2015, 12:42
Gündəm
Bakıda intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, dekabrın 7-də 1991-ci il təvəllüdlü, iki uşaq anası Nəbiyeva Nərmin İlham qızı “28 May” qəsəbəsində yerləşən evində özünü asıb. Həyat yoldaşı onun meyitini asılmış vəziyyətdə səhər saat 7-də aşkar edib. İlkin araşdırma zamanı məlum olub ki, intihardan əvvəl ailədə konflikt yaşanıbmış. Hazırda istintaq hadisənin konkret hansı səbəbdən baş verdiyini araşdırır.