Sosial şəbəkədə biz:

Dənizi hasarlayanlara bəd xəbər - Cəriməsi 35 mindir

08 December 2015, 17:07
Gündəm
Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeələrinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 8-də keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Eyni zamanda, xətaların il ərzində inzibati tənhbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq. Dəyişikliklər layihəsi MM-in plenar iclasına tövsiyə olunub.