Sosial şəbəkədə biz:

Cahangir Hacıyev üçün evdən aparılan yemək qəbul edilməyib

08 December 2015, 20:26
Gündəm
Vəkil Aqil Layicov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb. Bu barədə “Report”a A.Layicov məlumat verib. O, C.Hacıyev barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apelyasiya Məhkəməsinə təqdim etmişik”. Vəkil bildirib ki, barəsində həbs-qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib. Xatırladaq ki, C.Hacıyev CM-in 178.3.2 (dələduzluq - xüsusilə iri məbləğdə törədildikdə) və 179.3.2-ci (iri məbləğdə mənimsəmə) maddələri ilə ittiham olunur.