Sosial şəbəkədə biz:

İcra başçısı güllü fotosundan danışdı: -"Hamı nə gəldi danışır"

08 December 2015, 21:32
Gündəm
"Burda böyüdüləsi bir şey yoxdur" Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dünən axşamdan etibarən sosial şəbəkələrdə yayılan və müxtəlif məzmunlu müzakirələrə səbəb olan fotosu barədə açıqlama verib. Lent.az-a danışan icra başçısı deyib ki, bəzi insanlar bu fotodan sui-istifadə etməyə çalışır: "Məni istəyən-istəməyən, hamısı nə gəldi danışır. Həmin foto 2014-cü ilin may ayında çəkilib. Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və oradakılar da məktəbli uşaqlardır. Burda böyüdüləsi bir şey yoxdur". Qeyd edək ki, məlum foto 2014-cü ilin may ayında Salyan rayonunun mərkəzində keçirilən Gül bayramı tədbirində çəkilib.