Dövlət qulluqçularının dini və siyasi baxışları nəzərə alınmayacaq
Azərbaycanda bir sıra strukturlarda attestasiya zamanı işçilərin siyasi və dini baxışlarına görə qiymətləndirilməsi qadağan ediləcək. Azinforum.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu məqsədlə “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” qanuna, eləcə də “Gömrük orqanlarında xidmət keçmə” və “Daxili işlər orqanlarında xidmət keçmə” haqqında əsasnamələrə dəyişiklik edilməsi nəzərdə tutulub. Təklif olunan dəyişikliklərə əsasən, hər 3 strukturda keçirilən attestasiya zamanı işçilərin siyasi və dini baxışlarına görə qiymətləndirilməsi, eləcə də onlara xidməti fəaliyyətinə birbaşa aidiyyəti olmayan sualların verilməsi qadağan olunur.