Sosial şəbəkədə biz:

Telman İsmayılov "Azerros"u ofisindən qovdu

09 December 2015, 13:25
Gündəm
Azərbaycanlı milyonçu Telman İsmayılov Rusiya Azərbaycanlıları Milli - Mədəni Muxtariyyatını (“Azerros”) Moskvada yerləşən ofisindən çıxarıb. Lent. az-ın məlumatına görə, Moskvanın Krasnaya Presnya küçəsi, 24 ünvanında, Telman İsmayılova məxsus biznes mərkəzində yerləşən “Azerros”a heç bir xəbərdarlıq edilməyib. Qurum bir neçə saat ərzində ofisindən çıxarılıb. İsmayılovun adamları tez-tələsik qovulmanın səbəbləri barədə “Azerros” rəhbərliyinə heç bir izahat verməyiblər. Məlumata görə, “Azerros” mərkəzdən bir qədər aralıda, Lenin prospekti, ev 15 ünvanında özünə kiçik qərargah tapıb.