Sosial şəbəkədə biz:

İranda terror aktı: ölənlər var

<span style="color: #000000;"><strong>İranda terror aktı: ölənlər var</strong></span> İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərinin Kəhiri postu ərazisində partlayıcı qurğunun işə düşməsi ilə partlayış baş verib. Partlayış nəticəsində bir neçə polisin öldüyü və yaralandığı bildirilir. Bunu İranın Sistan və Bəluçistan əyalətinin polis komandiri Hüseyn Rəhimi deyib. Bu barədə İranın İRNA agentliyi məlumat verir. İranın Fars agentliyi isə 3 polisin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib. Partlayışı törədənlər məlum deyil. H.Rəhimi deyib ki, hadisə ilə bağlı detallar sonradan açıqlanacaq. İran İslam Respublikasın cənub-şərqində fəaliyyət göstərən müxalif silahlı qruplar özlərini sünni və bəluç azlıqlarının tərəfdarları elan edirlər. Onların indiyədək dəfələrlə təşkil etdikləri partlayışlar nəticəsində polislər və hərbi qulluqçular həlak olub ("Trend").


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol