Sosial şəbəkədə biz:

"Günəşli"də xəsarət alan neftçilərdə psixi pozuntular yaranıb

<span style="color: #ff0000;"><strong>"Günəşli"də xəsarət alan neftçilərdə psixi pozuntular yaranıb</strong></span> Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gün əvvəl xəsarət alan Heydər Abbasov, Rəşid İbrahimov və Ehtiram Məlikov səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Onların şikayəti əsasən, psixi pozuntularla bağlıdır. Xəstələr terapiya şöbəsindəki palataya yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini qeyd ediblər. Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 15 nəfərə çatıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol