Sosial şəbəkədə biz:

Vahid Ələkbərov neftin gələcək qiyməti ilə bağlı proqnoz verdi

<span style="color: #000000;"><strong>Vahid Ələkbərov neftin gələcək qiyməti ilə bağlı proqnoz verdi</strong></span>

Rusiyanın ikinci böyük neft şirkəti Lukoil-in prezidenti Vahid Ələkbərov, neft qiymətlərinə dair proqnozunu açıqlayıb.
O, neft qiymətlərinin 2016-ci ildə 42-47 dollar/barel səviyyəsində qalmaqda davam edəcəyini deyib.
Virtualaz.org-un Bolqarıstanın "Trud" qəzetinə istinadən məlumatına görə, V.Ələkbərov verdiyi açıqlamada bildirib: "Vyanada keçirilən OPEK toplantısında İranın, İraqın neft nazirləri və analitiklərlə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanır. Qiymətlərin 42-47 dollar/barel səviyyələrində olacağı gözlənilir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənilir".
V.Ələkbərova görə, neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da artmağa başlayacaq.
"Bizim hesablamalarımıza görə, bu ortalıq müddətdə neftin bir barelinin qiyməti 60 dollar ətrafında tərəddüd edcək", -deyə V.Ələkbərov fikrini dəqiqləşdirib.
549 DƏFƏ OXUNUB
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol