Sosial şəbəkədə biz:

Bit dərmanı içən qubalı icra məmuru öldü

<strong><span style="color: #000000;">Bit dərmanı içən qubalı icra məmuru öldü</span></strong> Quba rayonunda dərmandan zəhərlənən icra nümayəndəsi dünyasını dəyişib. Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq inzibati ərazi vahidliyi nümayəndəsi Fizuli Şərifov bu gün axşam saatlarında ölüb. O, dərman zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırılır (APA). Virtualaz.org saytı xatırladır ki, F.Şərifov dekabrın 2-də intihara cəhd etmişdi. Quba xəstəxanasının baş həkim müavini Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan, maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 48 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol