Sosial şəbəkədə biz:

Dövlət Departamenti Leyla Yunusun azadlığa buraxılmasını alqışladı

<strong><span style="color: #000000;">Dövlət Departamenti Leyla Yunusun azadlığa buraxılmasını alqışladı</span></strong> Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması qərarını alqışlayırıq”. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Bildirilir ki, Dövlət Departamenti noyabr ayında onun həyat yoldaşı Arif Yunusun da azad edilməsini müsbət addım kimi dəyərləndirir və bu kimi addımların daha çox olacağını gözləyir: "Biz Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq çərçivəsində əlaqələrimizin bütün sahələrinin, o cümlədən enerji, təhlükəsizlik, demokratiya və insan haqları sahələrinin inkişaf etdirilməsi üçün imkanlar axtaracağıq".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol