Sosial şəbəkədə biz:

Beynəlxalq Bankdan 216 milyon manat ziyan

<strong><span style="color: #ff0000;">Beynəlxalq Bankdan 216 milyon manat ziyan</span></strong> “Azərbaycan Beynəlxalq Bankı” 2015-ci ilin 1-ci yarısına aid konsolidasiya edilmiş maliyyə hesabatını açıqlayıb. Bu barədə fins.az bankın saytına istinadən xəbər verir.

Aktivləri 11 milyard manata yaxındır

Hesabata əsasən, 6 ayın yekununda bankın aktivləri 10 milyard 758 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə təxminən 19% çoxdur. Yarım il ərzində bankın cəmi öhdəlikləri təxminən 20% artaraq 10 milyard 236 milyon manat, cəmi kapitalı isə 24% azalaraq 522 milyon manat təşkil edib.

Kredit və əmanət portfeli böyüyüb

Yanvar-iyun aylarının yekunlarına əsasən, bankın kredit portfeli 9 milyard 353 milyon manat olub. Bu da 2015-ci ilin əvvəlinə nisbətən 19% çoxdur. Bankın əmanət portfeli isə 12%-dən çox artaraq 4 milyard 658 milyon manata çatıb.

Hər səhmə 9 qəpik ziyan

Hesabat dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 16% artaraq 380 milyon manat, faiz xərcləri 44% artaraq 265 milyon manat, qeyri-faiz gəlirləri 11% azalaraq 43 milyon manat, qeyri-faiz xərcləri isə 38% artaraq 9 milyon manat olub. Amma bankın əlavə xərcləri, o cümlədən inzibati xərcləri çox olduğundan (təxminən 65 milyon manat) bank ilin 1-ci yarısını təxminən 216 milyon manatlıq ziyanla başa vurub. Son nəticədə Beynəlxalq Bankın nominal dəyəri 27 qəpik olan hər səhmi üzrə zərəri 9 qəpik təşkil edib. Halbuki 2014-cü ili bank hər səhmə görə 2 qəpik mənfəətlə başa vurmuşdu.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol