Sosial şəbəkədə biz:

Eks-deputat baş redaktoru otağından niyə qovdu?

10 December 2015, 12:30
Gündəm
“İndicə 55-60 yaşlarında bir kişini mənim işçimi aldadaraq, otağıma "soxulduğuna" görə qovdum”. Azinforum.az  saytı xəbər verir ki, bu sözləri eks-deputat, iş adamı Nazim Məmmədov özünün Facebook səhifəsində yazıb. N.Məmmədov bildirib ki, otağından qovduğu şəxs özünü "Dahi" qəzetinin baş redaktoru Qədirov İbrahim Qürbət oğlu kimi təqdim edib: “Utanmaz kimi deyir ki, “informasiya almaq istəyirəm”. Çox sadə yolla başa saldım: mənim adımı öyrənmisən, soyadım nədir?.. Bilmədi. Dedim məni tanımırsansa jurnalist deyilsən, çobansan”.