Sosial şəbəkədə biz:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təlimlərə başlayır

10 December 2015, 12:33
Gündəm
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün aşağıdakı mövzularda təlimlərə başlayır: • Layihə təkliflərinin hazırlanması. • İctimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar. • Layihənin monitorinqi və qiymətləndirilmə metodları. • QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması. Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər. Telefon: (+994) 12 493 17 80, 493 17 32 Email: cbabayeva@cssn.gov.az