Sosial şəbəkədə biz:

MTN-də yenilik: təcridxanada saxlanılan şəxslər yaxınları ilə görüşə bilir

<span style="color: #000000;"><strong>MTN-də yenilik: təcridxanada saxlanılan şəxslər yaxınları ilə görüşə bilir</strong></span> Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə real olaraq başlanılıb. “ Report”un xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib. Vəkil qeyd edib ki, bu, MTN rəhbərliyinin dəyişməsi ilə bağlıdır: “Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcxridxanadan indiyə kimi təmin olunmurdu”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol