Sosial şəbəkədə biz:

Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub

<span style="color: #000000;"><strong>Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub</strong></span> "İtkin düşən neftçilərin genişmiqyaslı axtarış tədbirləri davam etdirilir”. "Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, hazırda Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri itkin düşən neftçilərin axtarışlarına cəlb olunub. Bildirilib ki, bütün sərhədboyu zonada axtarışlar aparılır. Həmçinin qeyd edilib ki, hazırda 5 gəmi "Günəşli” yatağındakı yanğının söndürülməsi ilə məşğuldur(azvision). Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol