Sosial şəbəkədə biz:

Eldar Mahmudovun Çexiya və İspaniyada 500 milyon dollarlıq əmlakı var

<span style="color: #000000;"><strong>Eldar Mahmudovun Çexiya və İspaniyada 500 milyon dollarlıq əmlakı var</strong></span> Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-in keçmiş zabiti Ərəstun Oruclu özünün facebook səhifəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Londonun mərkəzində oğlunun adına 30 milyon funt-sterlinqə mülk alması barədə virtualaz.org saytının məlumatını şərh edib. Keçmiş MTN əməkdaşı yazıb ki, bu, hələ Eldar Mahmudovun Qərb ölkələrində aldığı daşınmaz əmlakın ancaq biridir. Əslində isə hakimiyyətdə antiqərb mövqeyinin əsas daşıyıcısı olan Mahmudovun Avropa ölkələrində çoxsaylı mülkləri var. Ərəstun Oruclu yazır:  “Əliyev hakimiyyətində antiqərb isteriyasının ən öndə gedən əsgərlərindən biri olan Eldar Mahmudovun oğlunun 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü Londonun mərkəzində “tapıldı”. Amma bu, necə deyərlər, hələ jurnalıdır, çünki Mahmudovların daşınmaz əmlakının əsas hissəsi (təxminən yarım milyard dollarlıq) Avropanın digər ölkələrindədir (əsasən İspaniya və Çexiyada)” virtualaz.org


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol