Sosial şəbəkədə biz:

Evdə tək qalan 5 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı (VİDEO)

<span style="color: #000000;"><strong>Evdə tək qalan 5 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı (VİDEO)</strong></span>

Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi, mənzil 23, ev 46 üvanında yaşayan, 2010-cu il təvəllüdlü Murad Elzibar oğlu Alıyev yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından yerə yıxılıb.
Anası Muradı yatmış vəziyyətdə tək qoyub və evi tərk edib. Bu zaman uşaq yuxudan oyanıb və eyvana çıxıb. Bu zaman o, özünü saxlaya bilməyib və yerə düşüb.
Murad Alıyev qapalı kəllə-beyin travması ilə təcili yardım maşını vasitəsi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Pediatriya Şöbəsinin reanimasiya bölməsinə yerləşdirilib.
Hazırda uşağın vəziyyətinin stabil olduğu bildirilir. /Region TV/


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol