Sosial şəbəkədə biz:

Bakı-Qazax yolunda avtobus aşdı: Ata-ana yaralandı, oğul öldü...

<span style="color: #ff0000;"><strong>Bakı-Qazax yolunda avtobus aşdı: Ata-ana yaralandı, oğul öldü...</strong></span>

APA-nın xəbərinə görə, hadisə magistralın 80-ci kilometrliyində -Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, Hacıqabul rayonunun Udulu kənd sakini, 1980-ci il təvəllüdlü Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər - ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümbət oğlu, anası - 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdiriliblər.
Məlumata görə, mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb qabaq təkərin partlaması olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol