Əlibəy Mirzəxanov terrorçuluqda təqsirləndirilir - “Neolit” kafesindəki davaya görə...
Moskvadakı “Neolit” kafesində baş vermiş kütləvi dava ilə əlaqədar həbs edilmiş bloqqer Əlibəy Mirzəxanov terrorçuluqda təqsirləndirilir.
Unikal.org xəbər verir ki, bu barədə bloqqerin vəkili Şamil Yandarbayev TASS agentliyinə məlumat verib. O deyib ki, müstəntiqlər onu terror təşkilatının fəaliyyətində iştirak və terrorçuluğa təhrik etməkdə şübhəli şəxs kimi dindiriblər. Ə.Mirzəxanov ona qarşı irəli sürülən ittihamlara etiraz edir.