Sosial şəbəkədə biz:

Azərbaycan bayrağından istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir

<span style="color: #ff0000;"><strong>Azərbaycan bayrağından istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir</strong></span>

Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə sərt cəzalar müəyyənləşdirilir.
APA-nın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 583-cü maddəsinə görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 400 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manata qədər cərimələnəcəklər.
Hazırkı cərimələr isə vəzifəli şəxslər üçün 30 manatdan 40 manata qədər, hüquqi şəxslər üçün isə 70 manatdan 90 manata qədərdir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol