Sosial şəbəkədə biz:

Elnur Aslanov Riqada 1 milyon dollara mənzil alıb - İDDİA

<strong><span style="color: #000000;">Elnur Aslanov Riqada 1 milyon dollara mənzil alıb <span style="color: #ff0000;">- İDDİA</span></span></strong> Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov Latviyanın paytaxtı Riqada 1 milyon dollara mənzil alıb. Bu barədə virtualaz.org saytına Elnur Aslanova yaxın şəxslər məlumat verib. İnformasiyaya görə, Elnur Aslanov Latviya vətəndaşlığı alaraq Azərbaycandan birdəfəlik köçüb getməyə hazırlaşır. Xatırladaq ki, E.Aslanov uzun illər ərzində Prezident Administrasiyasında (PA) işləyib. O, PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri idi. Sonradan E.Aslanov nurçular sektası ilə sıx əlaqələrdə ittiham olunaraq PA-dakı vəzifəsindən azad edildi. Mətbuatda E.Aslanovun məmur ikən korrupsiyaya qurşanmasını sübut edən çoxsaylı araşdırma yazıları dərc olunub. Halbuki E.Aslanov PA-da işləyərkən 2 min manata yaxın maaş alıb. İndiyə qədər öz gəlir bəyannaməsini açıqlamayan E.Aslanov keçmiş deputat Rəbiyyət Aslanovanın oğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol