Sosial şəbəkədə biz:

Azərbaycanda işəgötürülən seksual təzyiqə məruz qoyularsa... - Cəza veriləcək

10 December 2015, 20:49
Gündəm
Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə sərt cəzalar müəyyənləşdirilir. Məlumata görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək. Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir. Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub. /lent.az/