Sosial şəbəkədə biz:

ABŞ prezidentliyinə namizəd müsəlmanları yenə təhqir etdi - FOTO

11 December 2015, 11:13
Gündəm
Amerikalı milyarder, ABŞ prezidentliyinə namizəd Donald Trampın yeni açıqlaması da qalmaqala səbəb olub. Milli.az bildirir ki, ABŞ Respublikaçılar Partiyasından dövlət başçısı postuna iddialı olan 69 yaşlı milyarder Twitter-dəki akkauntunda yazıb: "Britaniyada İŞİD-ə qoşulan müsəlmanlar orduya gedən müsəlmanlardan daha çoxdur". Tramp bu açıqlamasında Britaniya Leyboristlər Partiyasından olan deputat Xalid Mahmudun sözlərinə "istinad" edib. Ötən ilin avqustunda Xalid Mahmud demişdi ki, Britaniyada 2 mindən artıq müsəlman cihada yollanıb.