Sosial şəbəkədə biz:

Türk tələbələr Rusiyadan qovuldu

<strong><span style="color: #000000;">Türk tələbələr Rusiyadan qovuldu</span></strong> Rusiyanın Milli Nüvə Tədqiqatları Universiteti burada təhsil alan bir neçə türk tələbəni qovub. Avropa.info xəbər verir ki, FTX tələbələrin öz yazılarında terrorçuluğu dəstəklədiyini yazdığını iddia edib. Bu haqda Rusiyada türk tələbələrin assosiasiyasının sədri Okan Yıldız bildirib. Onun dediyinə görə, polis və FTX əməkdaşları yataqxanada axtarış aparıblar. Narkotik axtarırdılar. Yıldız deyib ki, tələbələri "terrorçuluğa" dəstək verməkdə ittiham etmək əsassızdır. Axtarışla Voronej və Saratovda da aparılıb. Voronejdə də türk tələbələri universitetdən qovublar, Saratovda isə axtarış üçün şəhər kənarına aparıblar. Voronej Yüksək Texnologiyalar İnstitutundan da təsdiq ediblər ki, Türkiyə vətəndaşı 9 tələbə universitetdən çıxarılıb. Universitetdən bunu “akademik və maliyyə borcları” ilə əsaslandırıblar. Xatırladaq ki, keçən həftə Rusiya Təhsil Nazirliyi söz vermişdi ki, Türkiyədən olan tələbələrin heç bir problemi çıxmayacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol