Sosial şəbəkədə biz:

Azərbaycanlı dünya çempionu həbs edildi

11 December 2015, 22:20
Gündəm
Məşhur azərbaycanlı samboçu, dünya çempionu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb. S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur. Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir. İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər. Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.